Pekində 1951-ci ildən bəri ən uzun soyuq dalğa qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
“Şiddətli soyuq dalğa bu ay Çinin əksər hissəsini bürüyüb. Paytaxt Pekində bir neçə gün əvvəl başlayan soyuq hava şəhərin metro sistemində problemlər yaradıb. Bu ayın əvvəlində Pekində güclü qar yağması nəticəsində iki qatar metro xəttində toqquşub, yüzlərlə sərnişin xəstəxanaya yerləşdirilib. Qansu əyalətinin şimal-qərbində bu ay baş vermiş zəlzələdən sonra aşağı temperatur xilasetmə işlərinə də mane olub”, – məlumatda deyilir.