Pekində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər təxirə salındı

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin paytaxtı Pekində koronavirusa yoluxma halları ilə əlaqədar avqust ayı üçün nəzərdə tutulmuş bütün sərgilər və digər kütləvi tədbirlər təxirə salınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Pekin şəhər rəhbərliyi qərar verib.

Paytaxtın hava limanları, dəmiryol vağzallarına infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini gücləndirmək tapşırılıb.

Epidemioloji vəziyyətlə əlaqədar avqustun 14-21-də planlaşdırılan 11-ci Pekin beynəlxalq kino festivalı təxirə salınıb.