Pekində dəhşətli yanğın: 21 nəfər öldü

Pekində dəhşətli yanğın: 21 nəfər öldü

Çinin paytaxtı Pekində Çanfen xəstəxanasında baş verən güclü yanğın səbəbindən 21 nəfər həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Xilasetmə xidməti 18 aprel yerli vaxtla saat 12:57-də yanğın barədə məlumat alıb, bundan sonra yanğınsöndürənlər, xilasedicilər, polis və tibb əməkdaşları hadisə yerinə gəliblər.

Məlumata görə, 71 pasiyent təxliyə edilib, 21-i isə həlak olub.

Hazırda yanğın söndürülüb, insidentin səbəbləri araşdırılır.

Teqlər: