Pekində yeni növ koronavirusun yayılması ÇXR-in bəzi digər inzibati-ərazi vahidlərində də epidemik vəziyyətin pisləşməsinə səbəb olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu regional səhiyyə komitələrinin bazar ertəsi açıqladığı məlumatlarda öz əksini tapıb.
Xüsusilə, son sutka ərzində müvafiq qurumlar Pekinə bitişik Hebei əyalətində yerli mənbələrdən infeksiyaya yoluxmuş sonuncu şəxsin bir ay əvvəl xəstəxanadan buraxıldığı tədqirdə üç yoluxma halı müəyyən ediblər. Bundan əlavə, ölkənin şərqindəki Şandun əyalətində Pekinə səfər edən yoluxmuş insanlar aşkarlanıb. Orada da uzun müddətdir ki, yoluxma halları qeydə alınmırdı.
Buna baxmayaraq, Çində epidemik vəziyyət sabit olaraq qalır: əyalət, mərkəzi tabelik şəhəri və muxtar vilayət səviyyəsindəki 31 rayondan 11-də virusa ümumiyyətlə yoluxan yoxdur.
Son 10 gün ərzində Pekində “Omicron” və “Delta” ştammları da daxil olmaqla, şəhərin müxtəlif yerlərində 40-dan çox koronavirusa yoluxma halları qeydə alınıb.