Çinin paytaxtı Pekində metroda qatar vaqonlarının ayrılması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə nəqliyyat komitəsi məlumat yayıb.
Bildirilib ki, xilasedicilər və həkimlər hadisə yerinə gəliblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.