Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.
AzerTimes-ın məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb.
A.Litvintsev 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.
Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.