Pəhriz saxlamadan arıqlamağa imkan verən dərman

Pəhriz saxlamadan arıqlamağa imkan verən dərman

Yapon tədqiqatçılar idman zamanı insan bədənindəki yağların və piylərin əriməsini sürətləndirən protein variantları müəyyən ediblər.

AzerTimes xəbər verir ki, Kobe Universitetinin alimləri pəhriz saxlamadan arıqlamağa imkan verən yeni bir dərman hazırlamağın yolunu tapıblar.

Alimlər idmanla məşğul olan insanların skelet əzələlərində “PGC-1a” zülalının müxtəlif variantlarının əmələ gəldiyinə diqqət çəkiblər. İnsanlarda skelet əzələlərini öyrənən tədqiqatçılar alternativ “PGC-1a” variantlarının da məşq zamanı artdığını aşkarlayıblar. Qeyd olunub ki, bu variantların istehsalı insandan insana dəyişir və onlar məşq edərkən belə arıqlamada fərqli nəticələr alırlar.

Bildirilib ki, bu dərman piylənmə ilə əlaqəli xəstəliklər üçün əhəmiyyətli bir irəliləyiş ola bilər. Piylənmənin müalicəsində, ümumiyyətlə, iştahanı boğan dərmanlar təyin edilir. Son nəticələrlə idman etmədən yağ yandırmağa kömək edəcək yeni dərmanlar tapmaq mümkündür.

Tədqiqat nəticələrinin piylənmə ilə əlaqəli xəstəliklərin müalicəsində əhəmiyyətli bir inkişaf ola biləcəyi bildirilib.

Araşdırma Avropanın “Molecular Metabolism” elmi jurnalında dərc olunub.

Teqlər: