İranda səltənətçilərin başçısı sayılan Məhəmmədrza şahın oğlu Rza Pələvi hər il olduğu kimi, bu il də “21 Azər”lə bağlı çıxışında Güney Azərbaycan Milli Hökumətinin süqutunu “İranın nicatı və milli birlik günü” kimi qeyd edərək, ordunun köməyinin bu birliyə çatmaq üçün ən qısa yol oduğunu bildirib.
İranda baş verən edamlar, qətllər və məhkəmə şoularının keçirilməsinə etiraz edən adamın 1946-cı il Güney Azərbaycanda bir neçə günün içində minlərlə insanın kütləvi həbs və qətlini “milli birlik” – “Azərbaycanın, İranın nicatı” adlandırması təəccüb doğurur.
Azərbaycan Demokrat Firqəsinə müxalif olan vicdanlı insanlar belə 1946-cı ildə öldürülən minlərlə insanın ölümündən narahat olduğunu dilə gətirir. Ancaq bu faciələri törədənin övladı Rza Pəhləvinin üzr istəmək yerinə, qətlamı “milli birlik və bayram” kimi qeyd etməsi İranın gələcəyinin nə qədər acınacaqlı durumda olacağından xəbər verir.
Səltənətçı və mərkəzçilərin hakimiyyətə sahiblənmədən bu cür ədalətsiz iddalarda olmasından açıq-aydın görünür ki, İranın gələcəkdə parçalanmaqdan başqa yolu olmayacaq.