Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.
AzerTimes xəbər verir ki, o, bir sıra dünya rekordlarını yeniləyib.
Tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda baş tutub.
Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanaraq hər iki əldə çəki daşları iplə bıçağa bağlı vəziyyətdə və bıçaqla əldə tutaraq qolları horizontal vəziyyətdə saxlayaraq, daşları havada saxlayıb. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını ağız nahiyəsində dişlə tutaraq “Cip” markalı avtomobil dartıb.
Prosesi qeydə almaq üçün Azərbaycana gələn Ginnes rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.
Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.