“Pediatrik immunologiya və infeksion xəstəliklər” mövzusunda beynəlxalq elmi konfransın ikinci günü öz işinə başlayıb (FOTO)

2 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi
Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “1 mart Ümumdünya
İmmunitet Günü”nə həsr olunmuş “Pediatrik immunologiya
və infeksion xəstəliklər”
mövzusunda Beynəlxalq Elmi
Konfransın ikinci günü öz işinə başlayıb.

Konfransın ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi
Elman Məmmədov salamlama nitqi ilə çıxış edərək uşaq
xəstəliklərinin erkən diaqnostika və müalicə işinin təşkili
sahəsində beynəlxalq elmi tədqiqatların nəticələrinin
araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yerli və
xarici mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsinin
çox mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Mərkəzi Gömrük
Hospitalının həm maddi-texniki baza həm də yüksəkixtisaslı kadr
potensialı cəhətdən uşaq sağlamlığının qorunması istiqamətində
geniş təcrübəyə malik olduğunu qeyd edən E.Məmmədov konfransın
yerli və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli
bir platforma olacağına inandığını qeyd edib. O, çıxışının sonunda
konfransın işinə uğurlar arzu edərək hər kəsi interaktiv
müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.

Konfransın elmi hissəsinin günün birinci yarısında Mərkəzi
Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi,
pediatr-neonatoloq-reanimatoloqu Telman Aytayev və Ege Universiteti
Tibb Fakultəsinin pediatr-immunoloqu Neslihan Karacanın
moderatorluğu ilə “Limfoadenopatiyalı uşaqlara yanaşma” paneli ilə,
günün ikinci yarısında isə Səhiyyə Nazirliyinin baş neonatoloqu,
ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov və
Ankara Universiteti Tibb Fakultəsinin neonatoloq-reanimatoloqu Emel
Okulunun moderatorluğu ilə “İnfeksiyaya nəzarət tədbirləri” paneli
ilə, eləcə də Mərkəzi Klinik Xəstəxananın Pediatriya və
neonatologiya şöbəsinin müdiri, pediatr-neonatoloqu Sevda Əsədova
və İstanbul Mədəniyyət Universiteti Tibb Fakultəsinin professoru
Fahrı Ovalının moderatorluğu ilə “İnfeksiyalara müasir yanaşma”
paneli ilə öz işini davam etdirməsi planlaşdırılıb.


500 nəfərədək həkimin ZOOM Platforması üzərindən onlayn olaraq
iştirak etdiyi konfransın ikinci günündə 3 paneldə yüksəkixtisaslı
mütəxəssislər tərəfindən ümumilikdə 8 məruzənin təqdim edilməsi və
konfransın ikinci gününün də Mərkəzi Gömrük Hospitalının rəsmi
facebook səhifəsi üzərindən canlı yayımlanması nəzərdə tutulub.

Qeyd edək ki, 2 günlük Beynəlxalq Elmi Konfrans Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və
tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında
akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.

Teqlər: