Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə
Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “ON1000” proqramı
çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik
tarixi” adlı tədbir keçirilib.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
ADPU TGT sədri Təhmasib İmaməliyev açılış nitqi ilə çıxış edərək
bildirib ki, milli dövlətçilik tariximizin tələbələr arasında
təbliği təşkilatın əsas prioritetlərindəndir.
Bakı şəhəri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi
Nəcəf Novruzov, Bakı şəhəri Nəsimi Rayon Gənclər və İdman
İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhəri Səabil Rayon Gənclər
və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də öz çıxışlarında
tələbələrin vətənpərvərlik ruhunun artırılması istiqamətində
görülən işlərin vacibliyindən, bu baxımdan müvafiq rayonların
ərazilərində tədris korpusları yerləşən Pedaqoji Universitetin
xüsusilə fəal olduğunu, Universitetin tələbə təşkilatlarının hər
zaman gənclər və idman idarələri ilə sıx əməkdaşlıq etdiyini
vurğulayıblar.
Qeyd olunub ki, 28 may müasir Azərbaycan dövlətçiliyinin
təşəkkül tarixi kimi xüsusi rola malikdir. 1991-ci ildə yenidən öz
müstəqilliyini qazanan Azərbaycan Respublikası özünü 1918-ci ilin
28 mayında yaranmış şərqdə ilk demokratik respublika olan
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və 28 may günü
dövlət səviyyəsində bayram kimi qeyd olunmağa başlanıldı.
Tədbirin bədii hissəsində videoçarx nümayiş olunub, şeirlər
səsləndirilib. Musiqili hissədə isə Azərbaycan Respublikasının xalq
artisti Gülyaz Məmmədova, Azərbaycan Respublikasının əməkdar
artisti Rəhilə Bəndəliyeva, solist Məhərrəm Həsənov, Azərbaycan
Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Çeşmə” folklor
qrupu və qrupun solisti Nəzrin Məlikovanın ifaları və universitetin
istedadlı tələbələrinin rəqs nömrələri nümayiş olunub.