Pedaqoji Universitetdə əməkhaqları artırılıb.
Bu haqda Universitetin mart ayının 2-də keçirilən Elmi Şurasında
qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının
hesabat və təkliflərini diqqətə çatıdırıb.
Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının
artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs
deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.