PDSVA neft şirkətinin müəssisəində partlayış baş verib

PDSVA neft şirkətinin Venesuelanın El-Tehero şəhərində (Monaqas ştatı) yerləşən müəssisəində partlayış baş verib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar yaxınlıqdakı rayonların sakinləri təxliyə edilib.

Venesuelanın sənaye və milli istehsal naziri Tarek El-Ayssami bildirib ki, hazırda partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur:


“Hakimiyyət partlayışın nəticələrini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görür”.

Partlayışın səbəbi açıqlanmır.