PDM-lər hazırdır, Şoltsun razılığı qalıb… – Papperger

PDM-lər hazırdır, Şoltsun razılığı qalıb… – Papperger

“Rheinmetall”ın Bundesver tərəfindən istismardan çıxarılan bir neçə “Marder” PDM-i təkmilləşdirilib və Ukraynaya göndərilməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Hər şey hazırdır, bircə Şoltsun razılığı qalıb”, – şirkətin baş direktoru Armin Papperger nəşrə açıqlamasında deyib.

Onun sözlərinə görə, azı 5 maşın Ukraynaya göndərilməyə hazırdır. Ümumilikdə isə şirkət 100 ədəd belə PDM-i təkmilləşdirir.

Teqlər: