Paytaxtın üç prospektində deformasiyaya uğramış örtük yenilənib (FOTO/VİDEO)

Bakı şəhəri, Heydər Əliyev, Azadlıq və Qara Qarayev
prospektlərinin bir hissəsində təmir işləri icra olunub.

AAYDA-dan AzerTimes-a bildirilib ki, təmir işləri zamanı
deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb,
əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində
(Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq
prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında
yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev
prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m
sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel və 01
may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.

Teqlər: