Paytaxtın Səbail və Nərimanov rayonlarında monitorinqlər
aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, BŞİH və
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış
əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və
mədəni inkişafına dəstək olaraq həyata keçirilən tədbirlərin icrası
davam etdirilir.
Təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq RİİB könüllüləri
və icra hakimiyyətinin əməkdaşları tərəfindən paytaxtın Səbail və
Nərimanov rayonlarının ərazisindəki küçə və prospektlərdə,
parklarda, məhəllələrdə monitorinqlər keçirilərək yaşıllıq
zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt
örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin
rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər
istiqamətlərdə təkliflər hazırlanıb.
Təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində
reallaşdırılması üçün işlər aparılır.
Monitorinqlərin paytaxtın digər rayonlarında da keçirilməsi
nəzərdə tutulur.