Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılır

Xəbər - Samir Əli – Trend:

Sentyabrın 1-də saat 11:00-dan 13:00-dək (2 saat) aparılacaq müayinə və sınaq işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində işlərin aparılacağı hərəkət zolaqları üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Teqlər: