Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti üçün… – Türkiyə

Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti üçün… – Türkiyə

İsrail ordusunun Qəzza sakinlərinin sığındığı məktəbə hücumu nəticəsində azı 100 fələstinlinin öldürüldüyü, onlarla insanın yaralandığı bildirilir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz X hesabında yazıb.

“Qlobal və regional sülhü təhdid edən Netanyahu hökuməti beynəlxalq hüquq qarşısında cavab verəcəyi hesabı böyütməyə davam edir. Ədalət, insanlıq və sülh sonda qalib gələcək”, – C.Yılmaz vurğulayıb.

O, həmçinin Türkiyənin Fələstin xalqını mübarizəsində tək qoymayacağını bildirib:

“Torpaqları işğalda olan, müharibəyə qarşı bütün insanlıq adına şanlı dirəniş sərgiləyən məzlum Fələstin xalqı ilə həmrəyliyimizi imkan daxilində davam etdirəcəyik. Paytaxtı Şərqi Qüds olan azad və müstəqil Fələstin dövləti üçün səylərimiz fasiləsiz davam edəcək. Bütün ölkələri, təşkilatları işğalı və zülmü dayandırmaq üçün tarixi və insani öhdəliklərini yerinə yetirməyə, gec də olsa, üzərinə düşən vəzifəni yerinə yetirməyə dəvət edirik”.

Teqlər: