Xəbər - Samir Əli – Trend:
Bakı və bakıətrafı ərazilərdə partlayış səslərinin səbəbləri məlum olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes -in sorğusuna cavab olaraq bildirilib ki, bakıətrafı ərazilərdə hərbi təlimlər keçirilir: “Şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir. Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur,” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində partlayış səsləri eşidilir.