Paytaxtda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz
və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun
əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə növbəti
iməclik təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AzerTimes-a
verilən məlumata görə, iməcliyin keçirildiyi ərazi yararsız
tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə
Eldar şamı, kiparis və digər ağaclar əkilib.

Keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və
ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün
suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər
müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara
qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə
tutulub.

Teqlər: