Şəhər mərkəzində velosiped yollarının tikintisi davam
etdirilir.
BNA-dan Trend-ə verilən məlumata görə, təşkil edilən velosiped
yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb.
Şəhərin mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqlda velosiped
yolunun 1,6 km artıq yekunlaşıb.
Bakı şəhərinin Baş Planına əsasən velosiped yol şəbəkəsinin
uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km təşkil
edəcək.