Xəbər - Fərid Zöhrabov – Trend:
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və
Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir
işləri icra olunub.
AAYDA-dan Trend-ə verilən məlumata görə, təmir işləri
zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq
kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər
Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş
günləri yerinə yetirilib.