Paytaxtda gecə güclü külək nəticəsində ağac aşıb

Xəbər - Çingiz Səfərli – Trend:

Ötən gün baş verən güclü külək nəticəsində gecə ərzində bir ağac aşıb.

Bu barədə AzerTimes-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən açıqlama verilib.

Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Fəsadlar aradan qaldırılıb.


Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Twitter: @cingizsafarli

Teqlər: