Paytaxta daha 50 ədəd yeni avtobus gətirilib (FOTO)

Paytaxta daha 50 ədəd yeni avtobus gətirilib.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, ötən
dövrdə paytaxta 1000-dən artıq avtobus gətirilib.

Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i
CNG (sıxılmış təbii qaz) mühərriklidir.

“Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl
daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, “Xaliq
Faiqoğlu” şirkəti qardaş Türkiyə Respublikasının “OTOKAR Savunma
Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən
avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu
nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar 23 fevral
tarixindən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin
xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 m olmaqla,
qoşqulu – 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda
sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və
təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq. Avtobus parkının
yenilənməsi ilə yanaşı, “Xaliq Faiqoğlu” şirkətinə məxsus yeni
istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat
infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən
bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi
mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə
təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat
bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri
şərait yaradılıb”, – məlumatda deyilir.

Teqlər: