Paytaxt yollarındakı vəziyyəti göstərməli olan məlumat lövhələri niyə işləmir?

Paytaxt yollarında vəziyyəti, tıxacın olub-olmadığını göstərməli
olan məlumat lövhələrinin əksəriyyəti işləmir.

AzerTimes-ın məlumatına görə, bu
problemin həcmi küçə və prospektə görə dəyişir.

Yaranan problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
baş inspektoru Araz Əsgərli Trend-ə bildirib ki, Nəqliyyatı İntelektual İdaretəmə
Mərkəzinə bağlı olan infrastrukturun təhvil-təslim prosesi başa
çatmadığı üçün sistemə tam texniki müdaxilə etmək səlahiyyəti
formalaşmayıb:

”Poblemin aradan qaldırılması üçün zəruri addımların
təhvil-təslim prosesindən sonra atılması mümkün olacaq”,- deyə
idarənin baş inspektoru bildirib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli
Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Bu barədə Prezident İlham Əliyevin yeddi fevralda imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində
idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanda öz əksini
tapıb.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və
“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının
təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki
bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay
müddətində təmin edilməlidir.

Teqlər: