Paytaxt məktəblərində 145 qazi və şəhid ailəsi üzvü işlə təmin edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Paytaxt məktəblərində 145 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.


2021-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə 145 nəfər işlə təmin olunub”, – məlumatda deyilir.

Teqlər: