Paytaxt əhalisinin orta minimal əməkhaqqısı açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Bakıda əhalinin ortalama nə qədər əməkhaqqı aldığı açıqlanıb.

Bakı Şəhəri Statistika İdarəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0,1 faiz azalaraq 948,0 manat olub.

2021-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 faiz artaraq, 2758,0 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2101,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil edib.

Twitter: @cingizsafarli

Teqlər: