“PayPal” Rusiya ərazisində xidmətlərini dayandırıb

Xəbər - Orxan Nəbiyev Trend:

“PayPal” beynəlxalq elektron ödəniş sistemi Rusiya ərazisində
xidmət göstərilməsini dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, qərar Rusiyanın Ukrayna ərazisində keçirdiyi
hərbi əməliyyatlarla əlaqədar verilib.


Şirkətin prezidenti Den Şulman bildirib ki, Rusiya vətəndaşları
müəyyən müddətədək öz hesablarındakı vəsaiti çıxara bilər. O,
həmçinin əlavə edib ki, martın 2-dən etibarən “PayPal” Rusiyadan
yeni istifadəçilərin qeydiyyatını dayandırıb.

Bundan başqa, “eBay” şirkəti də qeyri-müəyyən müddətə Rusiya və
Ukraynaya məhsulların çatdırılma xidmətini dayandırdığını
bildirib.