Xəbər - Elçin Mehdiyev – Trend:
Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusun da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qripp və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:
“Bunlardan qorunma tədbirləri koronoviris infeksiyasından qorunma dədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.
Bu yayılmanın sürətini azaldan fakrorlar isə əhalinin qoruyucu qaydalara nə qədər ciddi əməl etməsi və vasksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların təsirlərinin nəticəsində payız-qış mövsümündə koronasirusa, qripə və digər respirator virus infeksiyalarına yoluxmaların sayı müəyyən ediləcək”.
Twitter: @ElchinMehdiyev