Xəbər - Çingiz Səfərli – Trend:
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində ümumilikdə 573.46 hektar ərazidə 559 627 ədəd müxtəlif cinsli ağac əkilib, 9877 kiloqram toxum səpilib.
ETSN Azərbaycanın bütün bölgələrində təşkil edilən genişmiqyaslı ağacəkmə tədbirlərində böyük coşqu ilə iştirak edən dövlət və özəl qurumlara, yerli idarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, könüllülərə dərin təşəkkürünü bildirir və bütün təbiətsevərləri ağacəkmə tədbirlərinə qoşulmağa dəvət edir.