Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

AzerTimes xəbər verir ki, qanuna əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxsiyyət şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.

Eyni zamanda, 27.4-cü maddəyə birinci halda “çıxarışın” sözündən sonra “və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü)” sözləri əlavə edilir.

Teqlər: