Teleqramın təsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS Fransa mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, Paris məhkəməsi Durovu 5 milyon avro girov və həftədə 2 dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verib.
Qeyd edək ki, ötən gün hakim Teleqramın təsisçisi Pavel Durovun ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədi ilə polisdə saxlanmasına xitam verib.