Bu gün azərbaycanlı jurnalist, “Sovinformbüro”nun keçmiş baş redaktoru, SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini Ənvər Məmmədovun 100 yaşı tamam olur.
AzerTimes xəbər verir ki, 1923-cü il avqustun 15-də Bakıda anadan olan Ənvər Məmmədov İkinci Dünya müharibəsinin iştirakçısı olub, SSRİ Xalq Xarici İşlər Komitəsində işləyib.
Ə.Məmmədov İkinci Dünya müharibəsindən sonra faşist canilərinin dindirildiyi Nürnberq məhkəməsində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib.
Nürnberq məhkəməsində alman generalı Fridrdix Paulsun özünü öldürdüyü deyilsə də, Ənvər Məmmədov tərəfindən gizli yollarla hərbi tribunala gətirilir. Paulsun faşistlərin törətdiyi qətllər barədə ifadələrini məhz Ənvər Məmmədov tərcümə edib.
Ə.Məmmədov 1950-ci ilə kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışır. 1956-cı ilə kimi isə Radio Komitəsinin xaricə yayım redaksiyasının baş redaktoru işləyir.
1956-1959-cu illərdə Məmmədov SSRİ-nin Vaşinqtondakı məsləhətçi-səfiri, “SSRİ” jurnalının baş redaktoru vəzifəsində çalışır.
1959-1960-cı illərdə “Sovinformbüro” sədrinin birinci müavini, 1961-ci ildə Siyasi Xəbərlər Agentliyinin sədr müavini, 1962-cim ildən 1985-ci ilə kimi SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini işləyir.
Ənvər Məmmədov ingilis, alman, italyan və fransız dillərini mükəmməl bilir.