“Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı qərarı ayrı-ayrı ölkələr verməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü NATO ilə əlaqələndirməyə ehtiyac olduğunu bəyan edir.
“Konkret sistemlərlə bağlı qərarlar milli qərarlardır. Bəzən razılaşmalarda digər müttəfiqlərlə də məsləhətləşmələr aparılmalıdır. Amma sonda bu qərarı milli hökumətlər verməlidir”, – Stoltenberq bildirib.