Moskva və Bütün Rusiyanın patriarxı Kirill Rusiyada ölüm hökmünün mümkün tətbiqindən danışıb.
AzerTimes xəbər verir ki, bu barədə “Dojd” kanalı məlumat yayıb.
“Ölüm cəzası bəşəriyyət tarixində mövcud olub və İsa Məsih bu hökmü qınamayıb, baxmayaraq ki, özü onun qurbanı olub. Bir insanı törətdiyi cinayətin cəzası olaraq öldürmək son çarədir, lakin müqəddəs mətnlər buna icazə verir”, – patriarx bildirib.
Xatırladaq ki, formal olaraq, Rusiyada ölüm cəzası ləğv edilməyib. Ölkədə 1997-ci ildən ona qarşı qeyri-müəyyən moratorium qüvvədədir.