Xəbər - Elçin Mehdiyev – Trend:
Pasportları olmayanların, sənədləri qaydasında olmayanların
Vətənə dönməsi üçün qayıdış şəhadətnaməsinin verilməsi məsələsi
qaldırılıb.
AzerTimes-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə
deyib.
L. Abdullayeva bildirib ki, bu, müəyyən qədər vaxt tələb edir. O
qeyd edib ki, Azərbaycan səfirliyi orada fəaliyyət göstərir və
oradakı vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir.
“Vətənə qayıdış şəhadətnəmələrinin tərtib edilməsinə vaxt
lazımdır”, – deyə o əlavə edib.