“Pasportlar haqqında” qanuna dəyişiklik qəbul edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

“Pasportlar haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: