Paşinyanla məhz bunu müzakirə etdim – Trudo

Paşinyanla məhz bunu müzakirə etdim – Trudo

Kanada və Ermənistan əlaqələri genişləndirməyə davam edir.

AzerTimes xəbər verir ki, bu sözləri Kanada Baş naziri Castin Trudo erməni həmkarı Nikol Paşinyanla görüşündən sonra Tvitter səhifəsində yazıb.

“Biz demokratiyanın möhkəmləndirilməsinə, iqtisadiyyatlarımızın böyüməsinə və Qafqazda sülh və təhlükəsizliyin təşviqinə sadiqik. Ermənistanın Baş naziri Nikol Paşinyanla məhz bunu müzakirə etdim. Biz ölkələrimiz arasında tərəfdaşlığı genişləndirməyə davam edəcəyik”, – Trudo qeyd edib.

Xatırladaq ki, Trudo ilə Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının Tunisdə keçirilən sammitində ötən gün görüşmüşdülər. Görüşlə bağlı yayılan məlumatda Kanadanın Ermənistanda səfirliyinin açılmasının müzakirə edildiyi bildirilmişdi.

Teqlər: