

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında görüş planlaşdırılmış vaxtdan daha çox davam edib.
Danışıqlar əvvəlcə təkbətək formatda aparılıb. Sonra söhbət geniş tərkibdə davam etdirilib.