Paşinyanla Lukaşenko görüşdü: “dava” bitdimi?

Paşinyanla Lukaşenko görüşdü: “dava” bitdimi?

Ermənistan və Belarus arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenkonun “BRİKS+” sammitində görüşünü şərh edərkən deyib.

“Ermənistan baş nazirinin Belarusa rəsmi şəxslərin səfər etməməsi barədə göstərişindən sonra heç bir dəyişiklik baş verməyib. Əgər onların nə danışdığını bilmiriksə, ümumiyyətlə, bunu necə şərh edə bilərik? Belarusla münasibətlərdə heç bir dəyişiklik yoxdur. Bir daha təkrar edirəm — Belarus prezidenti sadəcə sammitin keçirildiyi eyni damın altında olub”, – deyə Ovannisyan vurğulayıb.

Teqlər: