Paşinyanla kilsə arasında əlaqə kəsildi – KİV

Paşinyanla kilsə arasında əlaqə kəsildi – KİV

44 günlük müharibədən sonra ermənilərin katolikosu II Qaregin hakimiyyəti açıq şəkildə tənqid etməyə başlayanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə geri dönməz şəkildə kəsildi.

AzerTimes xəbər verir ki, bu barədə Ermənsitanın “Hraparak” qəzeti yazıb.

“Bu il o, II Qaregini avqustun 21-də doğum günü münasibəti ilə təbrik etmədi. Hakimiyyətin nəzarətində olan KİV-lərə və hətta Ermənistanın İctimai Televiziyasına da katolikosun fəaliyyətini işıqlandırmamaq tapşırıldı. Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”, – qəzet qeyd edib.

Teqlər: