Bölgədə müşahidə etdiyimiz təlatümlərin bir qismi Rusiyanın son bir neçə ayda etdiyi hərəkətlərdən qaynaqlanır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Paşinyan, Ursula fon der Leyen və Blinkenin aprelin 5-nə planlaşdırılan görüşü ilə bağlı narahatlığını şərh edərkən deyib.
“Brüsseldə keçirilən bu görüşlərə gəlincə, orada Ermənistanın iqtisadi dayanıqlığına diqqət yetiriləcək, çünki İrəvan ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə çalışır”, – o bildirib.
Qeyd edək ki, Mariya Zaxarova Rusiyanın bu görüşdən narahat olduğunu bildirmişdi.