Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Blinken Tvitter hesabında bildirib.
“Baş nazir Paşinyanla iki ölkə arasında davamlı sülhün yeganə yolu olan Azərbaycanla ikitərəfli sülh müzakirələrinin yenidən başlaması üçün atılacaq addımlar barədə danışdım”, – Blinken qeyd edib.