Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası Baş nazir Nikol Paşinyanın 2022-ci il üçün aktivləri, gəlirləri və xərcləri haqqında bəyannaməni dərc edib.
AzerTimes xəbər verir ki, təqdim olunan bəyannaməyə görə, Nikol Paşinyanın hər hansı daşınar və ya daşınmaz əmlakı, qiymətli əşyaları ümumiyyətlə yoxdur.
Ermənistan Baş naziri yalnız banklardan birində saxlanılan əmanətini açıqlayıb: 3 milyon 15 min dram (təxminən 7,5 min dollar).
Gəliri isə yalnız aldığı maaş imiş – 12.837.503 dram (illik təxminən 32,5 min dollar).
2022-ci ilin sonunda Paşinyanın müxtəlif bank hesablarında 114,7 dram, 27 701,8 dram, 3,84 ABŞ dolları və 154 562,5 dram pulu qalıb.
Nikol Paşinyanın həyat yoldaşı, “Mer Typaran” MMC-nin 50%-nin sahibi və 2009-cu ildən təşkilatın direktoru olan Anna Akopyanın təmsil etdiyi 1 kommersiya təşkilatında payı var.
Qeyd edək ki, Nikol Paşinyanın xanımı Anna Akopyanın xaricdəki hesablarında 5 milyard dollardan çox vəsait olduğu barədə hələ 2 il öncə Ermənistanın İtaliyadakı sabiq səfiri məlumat yaymışdı.