Paşinyanın ümidi Tiktoka qalıb – Marutyan

Paşinyanın ümidi Tiktoka qalıb – Marutyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiktok sosial platformasına keçmək və orada dövlətlə bağlı söhbətlər aparmaq qərarına gəlib. Mən bunu küçədə, məsələn, taksi sürücüsündən eşitsəm, zarafat hesab edərəm və düşünərəm ki, yazıq Paşinyana böhtan atırlar.

AzerTimes “Hraparak”a istinadən xəbər verir ki, bunu ermən siyasi ekspert Serob Marutyan Paşinyanın son vaxtlar dövlət işlərini Tiktok platforması ilə aparmasına münasibət bildirərkən deyib.

O, bunu erməni xalqının faciəsi adlandırıb:

“Bunun reallıq olduğu ortaya çıxanda başa düşürsən ki, tam faciə içindəyik. İstər-istəməz Xorenatsinin məşhur “Ağlaşma”sı yadıma düşdü. Vay halınıza, erməni xalqı, çünki ölkənizin lideri tiktokerdir.

Tiktok adlı platformadan kimin istifadə etdiyini öyrənmək üçün uzun müddət internetdə axtarış apardım. Tiktoku orada qeydiyyatdan keçərək və ya bu platformada serial çəkəcək qədər ciddi qəbul edən ölkə başçısı, ciddi siyasətçi və ya dövlət xadimi tapmadım. Və burada ölkəmizin başçısı “misilsiz” olmaq qərarına gəldi. Aydındır ki, onun az və ya çox ciddi platformalardakı uğursuzluğu dərhal göz qabağındadır: Feysbuk artıq varlığı ilə onu sevindirmir, X-da çox sayda abunəçi yoxdur, yeganə ümid Tiktoka qalır”.

Teqlər: