Paşinyanın səlahiyyəti genişləndirilir

Paşinyanın səlahiyyəti genişləndirilir

Ermənistanın baş naziri prezidentin yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəyə təyin edib, vəzifədən azad edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, müvafiq qanun layihəsi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edilib.

“Mövcud qanunvericiliyə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti baş nazirə tabedir, lakin Xidmətin rəisi və onun müavinləri prezidentin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Dəyişikliklərdən sonra bu funksiya prezidentdən baş nazirə keçəcək”, – ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib.

Qeyd olunur ki, dəyişikliklərdə o da təklif olunub ki, Milli Təhlükəsizlik Xidmətinin rəisi və müavinləri vəzifəsinə təyin olunmaq üçün müvafiq rütbənin olması vacib deyil.

Komissiya düzəlişlərin lehinə səs verib.

Teqlər: