Paşinyanın reytinqi açıqlandı: hamıdan öndədir

Paşinyanın reytinqi açıqlandı: hamıdan öndədir

Əgər gələn bazar günü seçki keçirilsə, respondentlərin 14,4%-i hakim Mülki Müqavilə Partiyasına, 3,7%-i “Ermənistan” blokuna, 2,3% “Şərəfim var” blokuna, 1,5% keşiş Baqratın hərəkatına səs verərdi.

AzerTimes xəbər verir ki, bu, “Qallap” (Gallup) beynəlxalq araşdırmalar mərkəzinin keçirdiyi sorğuda üzə çıxıb.

Qurumun rəhbəri Aram Navasardyan əlavə edib ki, respondentlərin 8,6 faizi səsini heç kimə verməyəcəyini deyib, 7,1 faizi cavab verməkdən imtina edib, 22,5 faizi cavab verməkdə çətinlik çəkib.

“32,5 faiz seçkilərdə iştirakdan imtina edəcəyini bildirib. Belə çıxır ki, respondentlərin 40%-dən çoxu seçkilərdə iştirak etməyəcək”, – Navasardyan vurğulayıb.

Qeyd edilib ki, sorğu 3-6 iyulda 1100 respondent arasında telefonla keçirilib.

Teqlər: