Paşinyanın reytinqi 5 faizə yaxın azalıb – Sorğu

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” blokunun reytinqi 5 faizə yaxın azalıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə “Gallup International” agentliyinin sorğusunda deyilir.

Qeyd olunur ki, sorğu zamanı rəyi soruşulanların 27,2 faizi N.Paşinyanın blokunu dəstəklədiyini bildirib. Mart ayında bu göstərici 31,7 faizə bərabər olmuşdu.

Sorğu aprelin 23-dən 27-dək keçirilib.

Teqlər: