Ermənistanın Daşnaksütyun Partiyasının Ali Orqanının rəsmi nümayəndəsi İşxan Saqatelyan ABŞ-a səfər edib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Amerika Erməniləri Milli Konqresi (ANCA) yayıb.
Məlumata görə, Saqatelyan Vaşinqtonda ANCA-nın mərkəzi ofisində görüşlər keçirib. Görüşdə həmçinin “907-ci düzəliş”in saxlanması, eləcə də
ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması, onun hərb rəhbərliyinə sanksiyaların tətbiqi məsələləri müzakirə edilib.
Qeyd edək ki, ANCA erməni diasporunun ABŞ-dadkı ən güclü təşkilatıdır və lobbinin fəaliyyətinin koordinasiyası ilə məşğuldur.
Müxalifətin Paşinyana qarşı əsas alternativ kimi təqdim etməyə çalışdığı Saqatelyan son zamanlar Qərbə səfərlərini artırıb. Belə ki, bundan öncə Avropanı ziyarət edən Saqatelyan burada yerli diasporadan dəstək almağa cəhd edib.