Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il və Milad bayramı münasibəti ilə Ukrayna lideri Vladimir Zelenskiyə təbrik məktubu göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Sizə və dost Ukrayna xalqına ən səmimi təbriklərimi və xoş arzularımı göndərirəm. Səmimi qəlbdən inanıram ki, qarşıdan gələn ildə dünyada sülh və həmrəylik hökm sürəcək və biz sabitlik şəraitində qarşılıqlı hörmətə əsaslanan Ermənistan-Ukrayna dövlətlərarası münasibətlərinin gələcək inkişafına Ermənistan və Ukrayna xalqları naminə yeni təkan verə biləcəyik. Sizə, ailənizə və dostlarınıza möhkəm cansağlığı və uğurlar, dost Ukrayna xalqına davamlı sülh və sabitlik arzulayıram”, – Paşinyan məktubunda qeyd edib.
Xatırladaq ki, bu gün Rusiya lideri Vladimir Putinin Nikol Paşinyana Yeni il təbriki ünvanlamışdı.